Lubricant Supplier  Service Supplier System and IT   Agro Service Sport and Hobbies Online Shop  Green Energy

2019-cu ildə 15 illik fəaliyyət təcrübəmizi tamamladıq. Təkmilləşən iqtisadi konyuktur, topladığımız təcrübə inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektlərinə dəstək olmaq imkanı yaratdı. Bu məqsədlə ilk olaraq “Lubricants Supplier” MMC şirkətini təsis edərək fəaliyyətə başladıq. Qısa müddətdə bazar iştirakçıları tərəfindən fəaliyyətimizə marağın yüksək olduğunu müşahidə etmək bizi qürürlandırdı. İnkişaf etməyimizə və təkmilləşməyimizə tələbin durmadan artığını müşahidə etməyimiz, fəaliyyətimizi “Supplier Group” Şirkətlər qrupu kimi davam etdirməyimizi zəruri etdi. Şirkətlər qrupumuza innovativ yanaşmalarla, inkişaf edən Yaşıl Enerji Həlləri, Agro, İT həlləri təklif edən şirkətlər, eləcə də bütün rayonlarımızı əhatə edən on-line və off-line fəaliyyət göstərən satış şəbəkəsi və bu şəbəkəyə mükəmməl xidmət göstərən təchizat sistemi də daxildir. Bu inkişafa görə fəaliyyətimizə maraq göstərməklə tövhə verən hər bir şəxsə borcluyuq.

Name Surname profile image

Məmmədov Hüseyn

Supplier Group CEO