İstixanalar
Müasir istixana komplekslərinin inşası
İstixana sistemləri illərlə təkmilləşərək inkişaf edir. Kənd təsərrüfatının bu sahəsi xüsusilə ixrac yönümlü olması ilə əhəmiyyətlidir və bizim şirkətlər qrupunun perspektiv inkişaf strategiyasında mühüm yerlərdən birini tutur. Bu sahədə beynəlxalq təcrübəsi olan şirkətlərlə kommersiya əlaqələrimiz var; bu layihədə iştirakımızı sosial yönümlü fəaliyyətimizin bir hissəsi hesab edirik.